"Kəpəz" "Adanaspor"un futbolçusunu transfer etdi
“Kəpəz” daha bir futbolçunun transferini açıqlayıb. Msport.az xəbər verir ki, Gəncə klubu Adama Fofana ilə anlaşıb.
Burkina-Fasolu müdafiəçi ilə müqavilənin müddəti 2 ildir. 25 yaşlı futbolçu son olaraq ötən mövsüm “Adanaspor”da çıxış edib.
O, daha əvvəl isə “Varberq” (İsveç) və “Dijon” (Fransa) klublarının şərəfini qoruyub.