featured-image-61522

Premyer Liqa klubu “Kəpəz” yeni sponsor tapıb.

Msport.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Konkret sponsorluq məsələsi olduğu bildirilməsə də, bu yöndə problemin həll olunduğuna işarə vurulub: “Klubumuzun inkişafının gücləndirilməsi məqsədi ilə aparılan danışıqlar müsbət nəticələnib və razılıq əldə olunub. Hazırda müəyyən prosedurlar çərçivəsində sənədləşmə işləri aparılır. Bu məsələ həllini tapdıqdan sonra ictimaiyyətə və mediaya əlavə informasiya veriləcək”.

Qeyd edək ki, “Kəpəz” hazırda Azərbaycan çempionatında 18 xalla 9-cu pillədə qərarlaşıb.

Bənzər xəbərlər