“Kəpəz”də ayrılıq - RƏSMİ
“Kəpəz” Şervoni Mabatşoevlə yollarını ayırıb.
Msport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, tacikistanlı oyunçu ilə qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verilib
O, ötən mövsümün qış fasiləsində Gəncə klubuna keçmişdi. Yarımmüdafiəçi 15 çempionat oyununda 2 qol vurub.