“Kəpəz”dən Malta millisinə dəvət aldı
“Kəpəz”in futbolçusu Trent Buhagiar Malta millisinə dəvət alıb.
Msport.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
27 yaşlı yarımmüdafiəçi Dünya Çempionatı 2026-nın seçmə mərhələsinin oyunları üçün yığmaya çağırılıb. Malta kollektvi G qrupunda martın 21-i evdə Finlandiya, 24-də isə səfərdə Polşa ilə qarşılaşacaq.
Qeyd edək ki, Trent Buhagiar Malta millisi ilə 3 oyunda iştirak edib.