featured-image-65533

“Kəpəz” Azərbaycan Premyer Liqasının sonuncu – 36-cı turunda “Turan Tovuz”a 0:4 hesabı ilə uduzub.

Msport.az xəbər verir ki, bu, Gəncə klubunun Azərbaycan çempionatlarında səfərdə 40-cı böyükhesablı məğlubiyyəti olub.

Qərb təmsilçisi buna qədər 39 dəfə rəqib meydanında 3 və ya daha çox top fərqi ilə yenilmişdi. “Kəpəz” həm də səfərdə böyükhesablı nəticə sayında antirekordçudur. “Turan” 36, “Şahdağ” (Qusar) 35, “Qəbələ” 32 belə məğlubiyyət alıb.

Qeyd edək ki, “Kəpəz” ilk darmadağınla 1995-96 mövsümündə üzləşib. Komanda 1995-ci il sentyabrın 10-da “Qarabağ”a 0:3 hesabı ilə uduzub.

Bənzər xəbərlər