“Kəpəz”in futbolçusu üçün əlamətdar tur
Premyer Liqasının XIII turunda baş tutan “Kəpəz” – “Sabah” görüşü (2:2) Gəncə təmsilçisinin futbolçusu Orxan Əliyev üçün əlamətdar olub.
Msport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
28 yaşlı futbolçu “sarı-göylər”in heyətində 50-ci çempionat matçına çıxıb.
Bu oyunlarda 6 qol vuran O.Əliyevin məhsuldar zərbələrinin yarısı cari mövsümə təsadüf edib. Hücumçu daha əvvəl “Neftçi” ilə görüşdə dubla imza atıb.
Qeyd edək ki, “Kəpəz” hazırda turnir cədvəlində 7 xalla 10-cu yerdə qərarlaşıb.