featured-image-66671

Yeni mövsümə hazırlaşan “Kəpəz” əsas futbolçularından birini itirib. Msport.az xəbər verir ki, Gəncə klub müdafiəçi Yeqor Xvalko ilə vidalaşıb.

Belaruslu futbolçu son 3 ildə “Kəpəz”in şərəfini qoruyub. O, son iki mövsümdə komandanın kapitanı olub.

28 yaşlı futbolçu Gəncə təmsilçisində 95 çempionat matçında meydana çıxaraq 3 qol vurub.

Bənzər xəbərlər