featured-image-67884

“Kəpəz” daha bir futbolçunun transferini açıqlayıb.

Msport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Fərid Nəbiyev yenidən Gəncə təmsilçilərinin şərəfini qoruyacaq. 26 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb. Fərid ilk dəfə 2022-23 mövsümündə “Kəpəz”in şərəfini qoruyub. O, həmin mövsümdə 30 çempionat oyununda 4 qol vurub və 7 ötrümə verib.

Qeyd edək ki, Fərid Nəbiyevin son klubu “Səbail” olub.

Bənzər xəbərlər