“Kəpəz” yetirməsini qaytardı
Msport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Sadiq Şəfiyevlə müqavilə imzalanıb.
O, müqavilə ilə məxsus olduğu “Turan Tovuz”dan mövsümün sonuna qədər icarəyə götürülüb.
Gəncə futbol məktəbinin yetirməsi olan 19 yaşlı hücumçu 2020-2021 mövsümündə də “Kəpəz”in əsas komandasında çıxış edib.