Kiyev "Dinamo"su "Zirə"nin legionerini transfer edir?
“Zirə”nin futbolçusu Salifu Suma karyerasını Ukraynada davam etdirə bilər.
Msport.az xəbər verir ki, Kiyev “Dinamo”su qvineyalı vingerin xidmətində maraqlıdır. İddiaya görə, klub 21 yaşlı yarımmüdafiəçi üçün Azərbaycan təmsilçisinə 800 min avrodan 1 milyon avroya qədər təzminat ödəməyə hazırdır.
Maraqlıdır ki, Suma futbolçunun agentləri tərəfindən Kiyev klubuna tövsiyə olunub. “Dinamo” ilə yanaşı, adı açıqlanmayan digər Ukrayna klubu da futbolçu ilə maraqlanıb.
Qeyd edək ki, Salifu Souma bu mövsüm “Zirə”də 23 oyun keçirib, 4 qol vurub və 4 məhsuldar ötürmə edib.