featured-image-61549

“Mən məşq meydanında idim. Belə hadisə olmayıb”.

Msport.az xəbər verir ki, bu sözləri “Nürnberq”in baş məqşçisi Miroslav Kloze Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin məşqdə komanda yoldaşına kobudluq etməsi ilə bağlı iddalara münasibət bildirərkən deyib.

Almaniyalı mütəxəssis azərbaycanlı hücumçunu müdafiə edib: “O, ikili mübarizələrdə aqressiv idi. Lakin bunu ondan biz istəmişik. Mahir idman zalında fərdi çalışmalı olduğu üçün məşqi erkən tərk etmişdi”.

Qeyd edək ki, Mahir Emreli ötən ilin yayında 2-ci Bundesliqa klubuna keçib.

Bənzər xəbərlər