“Komandam möhkəmdir, 4 gün əvvəl “Zirə”ni məğlub edib”
Azərbaycan Premyer Liqasının XXV turunun “Sabah” – “Araz-Naxçıvan” oyunundan (2:2) sonra qonaq komandanın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb.
Msport.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib.
– Yaxşı, maraqlı, dinamik oyunun şahidi olduq. İki komanda da meydanda yaradıcılığı ilə seçilirdi. Komandanın performansından razı qaldım. Yaxşı oyunla bir xal qazandıq.
– Komandanın nisbi enişdən çıxdığını demək olar?
– Enişdə deyilik. Komandam möhkəmdir. 4 gün əvvəl “Zirə”ni məğlub edib, yarımfinala çıxdıq. Enişdə deyilik, itkilərimiz var. Yenə də komandam iddiasından əl çəkməyəcək.
– Ülvi İsgəndərovu növbəti oyunlarda startda görəcəyik?
– O, ehtiyat oyunçu deyil. Hər oyunçunun şans qazanması özündən asılıdır. Bu gün şansından yaxşı istifadə etdi.
– Hesabda iki dəfə geri düşsəniz də, bərabərliyi yaxaladınız. Qələbə üçün nə çatmadı?
– Enişdə olan komanda belə geridönüşlər etməz. Zədəlilərimiz qayıdandan sonra daha yaxşı olacağıq.