Koxalskinin durumuna aydınlıq gəldi
“Qarabağ”ın qapıçısı Mateuş Koxalskinin yeni mövsümə harada başlayacağı dəqiqləşib.
Msport.az xəbər verir ki, polşalı qolkiper üçün bu il Ağdam təmsilçisinə rəsmi təklif göndərilməyib.
Artıq “köhlənlər”in rəhbərliyi 25 yaşlı qolkiperin ən azı müqaviləsinin müddəti bitənə – 2027-ci ilin yayına qədər komandada qalacağına əmindirlər. “Çərçivə” qoruyucusunun bu yay yaxşılaşdırılmış şərtlərlə yeni anlaşmaya imza atmaq və daha uzun müddətə “Qarabağ”da qalmaq ehtimalı da var.
Qeyd edək ki, Koxalski 2024-cü ildən “Qarabağ”ın uğurları üçün çalışır. Cari mövsüm “köhlənlər”in forması ilə bütün turnirlərdə 41 matça çıxan “çərçivə” qoruyucusu 58 qol buraxıb, 11 oyunda qapısını toxunulmaz saxlayıb. Fanat.az







