Krivotsyukun komandası səfərdə uduzdu
Cənubi Koreya çempionatında 27-ci turun oyunları keçirilir.
Msport.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun çıxış etdiyi “Daejeon” səfərdə “Anyanq”la qarşılaşıb.
Görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Krivotsyuk bu görüşün iştirakçısı olub. Matça start heyətində başlayan 26 yaşlı müdafiəçi sona qədər meydanda olub.
Qeyd edək ki, “Daejeon” hazırda 42 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşır.