Kurban Berdiyev: “İki transfer istəyərdik”
“Turan Tovuz” Azərbaycan Premyer Liqasının I turunda səfərdə “İmişli”ni 1:0 hesabı ilə məğlub edib.
Msport.az xəbər verir ki, Qərb bölgəsi təmsilçisinin baş məqşçisi Kurban Berdiyev matçdan sonra keçirilən mətbuat konfransında fikirlərini bildirib:
“İlk oyun təxmin etdiyimiz kimi ağır oldu. Rəqib yaxşı müdafiə olunurdu. Allaha şükürlər olsun ki, qələbə qazandıq”.
– Yoxlama oyunlarında qol vurmaqda çətinlik çəkirdiz, bu gün də elə oldu. Bunu necə aradan qaldıracaqsız?
– Belə matçlar həmişə çətin olur. Bəzi gec qoşulan oyunçularımız oldu. Alexandro Serrano gec gəldi, İbrahima Vadjiyə vaxt lazımdır. Zamanla hər şey qaydasına düşəcək.
– İlk yarıda futbolçulara çox əsəbiləşirdiz. Bunun səbəbi nə idi?
– Bəzi məqamlar var ki, onları məşqlərdə işləmişdik, amma alınmırdı. Narazılığım buna idi.
– Ehtiram Quliyev bildirib ki, “Turan Tovuz”un hədəfi çempionluqdur. Siz necə düşünürsünüz?
– Qarşımıza hədəf qoyulub, bu, ciddi hədəfdir. Biz bu buna çatmaq üçün çalışacağıq.
– Ən böyük probleminizin sol ayaqlı sol cinah müdafiəçisinin olmamasını demək olar?
– Bəli, düz deyirsiz. Həmin mövqe güclənməlidir. Müəyyən təmaslarımız var. Amma hadisələri qabaqlmaq istəmirəm.
– Bundan sonra neçə transfer gözlənilir?
– Ən azı iki transfer istəyərdik. Amma görəcəyik.
– Rəhim Sadıxovun 90 dəqiqə meydanda qalmasının səbəbi nə idi?
– Rəhimin pis oynadığını düşünmürəm. O meydanda çox böyük iş gördü. Bu gün onun oyunundan razı qaldım.
– David Tavareşin adının matçın iştirak ərizəsinə daxil edilməməsinin səbəbi nədir?
– Təlim-məşq toplanışında zədələnib. Yavaş-yavaş sağalır. İnanırıq ki, o bizə kömək edəcək.
– Şəhriyar Əliyevin oynamaması nə ilə bağlı idi?
– Rəqabətlə bağlıdır. Bu mövsüm komandamız daha rəqabətə davamlıdır. Kim güclüdürsə, o da oynayır.