Kurban Berdiyev: “Sistemi tətbiq etmək üçün vaxt lazım gəlir”
“Turan Tovuz” Azərbaycan Premyer Liqasının XXIII turunda doğma meydanda “Araz-Naxçıvan”a 1:0 hesabı ilə qalib gəlib.
Msport.az xəbər verir ki, tovuzluların baş məşqçisi Kurban Berdiyev oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb:
“Birinci hissədə taktiki planda bəzi səhvlərimiz oldu. Çətin, amma vacib qələbə idi. Futbolçularımı təbrik edirəm”.
O, Roderik Miller və Şəhriyar Əliyevin yoxluğunun komandanın nəticələrinə təsiri barədə sualı belə cavablandırıb: “Denis Marandiçinini də əlavə etmək lazımdır. Amma hər zaman belə olur ki, komandaya yeni gələnlərin adaptasiya olması müəyyən vaxt alır. Oyunda müəyyən dəyişikliklər olur. Sistemi tətbiq etmək üçün vaxt lazım gəlir”.