featured-image-62377

Azərbaycan Premyer Liqasının XXV turunda keçirilən “Turan Tovuz” – “Zirə” (0:2) matçından sonra meydan sahibi komandanın baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırıb.

Msport.az xəbər verir ki, mütəxəssis əvcəlcə oyunla bağlı fikirlərini bölüşüb:

– “Zirə” kimi komandaya qarşı ilk dəqiqələrdə qol buraxmaq sonradan toparlanmaq baxımından çətindir. Onların əks-hücumları təhlükəli olur. Dəyişikliklərdən sonra mərkəzi onlara vermiş olduq. Layiqli qələbə qazandılar. Rəqibi təbrik edirəm.

– Avrokuboklara gedə bilməsəniz, istefa verəcəksiniz?

– Məqsədimiz avrokuboklara getməkdir. Yalnız avrokuboklara gedəcəyimiz təqdirdə uğurlu nəticə əldə etmiş olacağıq.

– Geridən hücum qurmaqda çətinlik çəkirsiniz?

– Müəyyən problemlər var. Bunları müzakirə edirik.

– Komanda oyuna çox aqressiv başlayanda nədənsə nəticə uğursuz olur. Bunu necə izah edərdiniz?

– Lazım olan oyunlarda aktiv oynayırıq. “Zirə” isə əks-hücumlarda aktivdir. Elə ilk hücumu da penalti və qolla nəticələndi.

Bənzər xəbərlər