Kurban Berdıyevin qələbə şərhi
“İki fərqli hissə izlədik. “Zirə” ilə ilk hissədə pis oynadıqsa, ikinci yarıda əvəzetmələrdən sonra yaxşı oynamışdıq. Bu dəfə tam əksi oldu. Səbəbini axtaracağıq”.
Msport.az xəbər verir ki, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyev Azərbaycan Premyer Liqasının X turunun “Sumqayıt”la oyunundan (1:1) sonra keçirilmiş mətbuat konfransında deyib.
O, daha sonra jurnalistlərin suallarını cavablandırıb.
– Komandanın müdafiə planında zəiflədiyini düşünürsünüz?
– Yalnız müdafiəni götürmək olmaz. Müdafiə bütün komanda deməkdir. Burada da problemlər var idi.
– Birdən-birə 4 əvəzetməni niyə etdiniz?
– Bir az yenilənmək istədik. Rəqib boşluqlar tapırdı. Buna görə əvəzetmələr etdik. Təəssüf ki, düşündüyümüzdən fərqli oldu. Ancaq “Zirə” ilə oyunda məhz bu oyunçular fərq yaradıb, xeyir vermişdilər.
– “Sumqayıt” matça yeni baş məşqçi ilə çıxmışdı. Bu, nəticəyə nə dərəcə təsir etdi?
– “Sumqayıt” haqda danışmayacağam.
– Avqustda “Sumqayıt”a 1:0 hesabı ilə qalib gəlmişdinizsə, bu dəfə 4 qolluq qələbə qeydə alındı. “Turan Tovuz”un böyüdüyünü hiss edirsiniz?
– İki oyunu müqayisə etsək, indi daha müdrik oynamağa başlamışıq. Həm hücumda, həm də müdafiədə belədir. Tovuzda da, burada da ikinci hissənin əvvəlini uduzmuşduq.