"Kurban Berdiyevlə bir-birimizə verdiyimiz sözlər var" - Ehtiram Quliyev - VİDEO
Azərbaycan tarixində ilk dəfə Avropa klublarında ölkəmizi təmsil etmiş Tovuzun təmsilçisi Premyer Liqanın 31-ci turunda “Karvan-Yevlax”ı 1:0 hesabı ilə qalib gələrək 32 il sonra avrokuboklara vəsiqə qazanıb.
Msport.az xəbər verir ki, bu uğurdan sonra klubun İdarə Heyətinin sədri Ehtiram Quliyev bütün “Turan Tovuz” azarkeşlərini təbrik edib və Qərb bölgəsinin futbolsevərlərini komandanı qitə turnirində dəstəkləməyə çağırıb:
“Hər şeydən əvvəl, azarkeşlərimizə təşəkkür edirəm. Biz bir şəhəri yox, bütövlükdə Qərbi təmsil edirik. “Turan” adı böyükdür, ona görə, onlardan aldığımız ilhamla oyundan-oyuna çıxırıq. Addım-addım qoyduğumuz məqsədə doğru irəliləyirik. Gün keçdikcə oyunumuz oturur, yaxşı olacaq”.
Ehtiram Quliyev baş məşqçi Kurban Berdıyevlə bağlı da açıqlama verib:
“Kurban Berdıyevlə bir-birimizə verdiyimiz sözlər var. O sözlərə əməl etməmiş, heç birimiz gedən deyilik”.







