Kvaratsxeliyanı o əvəz edə bilər
PSJ zədələnən Xviça Kvaratsxeliyanı əvəzləmək üçün Leverkuzen “Bayer”inin futbolçusu İbrahim Mazanı transfer etməyi planlaşdırır.
Msport.az xəbər verir ki, Paris təmsilçisi futbolçunu yanvar transfer pəncərəsində heyətinə qatmaq niyyətindədir.
Buna səbəb Kvaratsxeliyanın Çempionlar Liqasının əsas mərhələsinin üçüncü turunda “Barselona” ilə keçirilən və PSJ-nin 4:2 hesabı ilə qalib gəldiyi oyunda ağır zədə almasıdır. Gürcüstanlı futbolçunun dizinin çarpaz bağı qopub və onun mövsümün qalan hissəsini buraxacağı ehtimal edilir.
İbrahim Maza PSJ-nin baş məşqçisi Luis Enrikenin tələblərinə cavab verir. Lakin Fransa klubu transferi reallaşdırmaq üçün ən azı 50 milyon avro təklif etməlidir. 20 yaşlı yarımmüdafiəçi ilə İngiltərənin “Arsenal” və “Tottenhem” klubları da maraqlanır.
Qeyd edək ki, Mazanın “Bayer”lə müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir.







