“Lerik”ə texniki məğlubiyyət
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Msport.az xəbər verir ki, yığıncaqda II Liqada VII turun “Şəfa” – “Lerik” oyununun baş tutmaması müzakirə olunub.
“Lerik” komandası bu görüşə gəlməyib. Bu üzdən cənublulara 0:3 hesablı texniki məğlubiyyət verilib.
“Lerik” cəriməyə də məruz qalıb. Klub 300 manat ödəməli olacaq.