featured-image-68230

“Sabah” Konfrans Liqasının təsnifat mərhələsində III turun ilk oyununu keçirib.

Msport.az xəbər verir ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv səfərdə Bolqarıstanın “Levski” klubuna səfərdə 0:1 hesabı ilə məğlub olub.

Oyundan sonra keçirilən mətbuat konfransında “Levski”nin baş məşqçisi Xose Velaskes fikirlərini bildirib: “Oyunçularımdan çox məmnunam və onlarla fəxr edirəm. Futbolçularımızın əla iş gördüklərini deyə bilərəm. Oyunçular matça son dərəcə yüksək səviyyədə köklənmişdilər. Azərbaycanda çətin qarşılaşma bizi gözləyir. Əgər özümüzü cütün favoriti hesab etsək, nəticə bizim üçün yaxşı olmaya bilər”.

Bənzər xəbərlər