“Lill”in futbolçusu “Sabah”a keçir
“Lill”in 21 yaşlı vingeri Yunes Laşaab “Sabah”a keçməyə yaxındır.
Msport.az xəbər verir ki, bu barədə Fransanın “Le Petit Lillois” nəşri məlumat yayıb.
Bildirilir ki, “Lill”in əvəzedici komandasında çıxış edən futbolçu yaxın vaxtlarda “Sabah”la müqavilə imzalamalıdır.
Yunes Laşaab 2025-ci ilin yayında “Lill”lə 2028-ci ilin iyununa qədər ilk peşəkar müqaviləsini imzalayıb. O, həmin yay komandadan ayrılmağa yaxın olsa da, hazırlıq dövründə ayağından aldığı zədə bu keçidin qarşısını alıb və futbolçu dekabrın əvvəlinə qədər meydanlardan kənarda qalıb. Sol cinah oyunçusu bu mövsüm “National 3”də 12 dəfə meydana çıxıb.
Bu transfer baş tutsa, son bir ildə “Lill” və “Sabah” arasında ikinci keçid olacaq. Daha əvvəl Aaron Maluda əvvəlcə icarə əsasında Bakı klubuna qoşulub, daha sonra isə Azərbaycan təmsilçisi ilə daimi müqavilə imzalayıb. Bundan başqa, “Lill”in sabiq futbolçusu Akim Zedadka da “Sabah”ın heyətində çıxış edir.
Qeyd edək ki, “Sabah” Azərbaycan çempionu kimi növbəti mövsüm UEFA Çempionlar Liqasının təsnifat mərhələsində mübarizə aparacaq.







