featured-image-83130

“Real”ın hücumçusu Endrik “Liverpul”un maraq dairəsinə düşüb.

Msport.az xəbər verir ki, İngiltərə klubu futbolçuların zədələri ilə bağlı yaranan kadr problemləri fonunda hücum xəttini gücləndirmək variantlarını araşdırır.

“Liverpul” qış transfer pəncərəsində 20 yaşlı braziliyalını heyətinə qatmaq imkanını nəzərdən keçirir. “Real”ın baş məşqçisi Joze Mourinyo Endrikə tez-tez oyun şansı vermir. Bununla əlaqədar Madrid klubu hücumçunun həm icarəsi, həm də tam transferi ilə bağlı təklifləri nəzərdən keçirməyə hazırdır.

Endrikin “Real”la müqaviləsi 2030-cu ilə qədər nəzərdə tutulub.

Bənzər xəbərlər