featured-image-84855

“Mançester Yunayted”in futbolçusu Bruno Fernandeş müqaviləsinin müddətinin uzadılması ilə bağlı klubun ikinci təklifini də rədd edib.

Msport.az xəbər verir ki, İngiltərə klubunun 32 yaşlı yarımmüdafiəçi ilə danışıqları yaydan davam edir.

Lakin hələlik ortaq məxrəcə gəlmək mümkün olmayıb. Oyunçunun hazırkı sözləşməsinin müddəti 2027-ci ilin yayınadək qüvvədədir. “Qırmızı şeytanlar”ın müqaviləni daha bir mövsüm artırmaq hüququ var.

Qeyd edək ki, 2020-ci ildən “Mançester Yunayted”də çıxış edən Bruno Fernandeş cari mövsüm Premyer Liqada doqquz oyuna çıxıb, dörd qol və iki məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər xəbərlər