“Komo”nun futbolçuları “Real”a keçəcək?
“Komo”nun idman direktoru Karloalberto Ludi müdafiəçi Yakobo Ramon və yarımmüdafiəçi Nikolas Pasın “Real”a mümkün qayıdışı barədə yayılan xəbərlərə münasibət bildirib.
Msport.az xəbər verir ki, klub rəsmisi Madrid təmsilçisinin Ramonla bağlı onlarla əlaqə saxlamadığını söyləyib:
“Real” Yakobo ilə bağlı bizə heç bir məlumat verməyib. O, şübhəsiz, bütün mövsümü bizimlə keçirəcək. Hər il noyabrdan marta qədər Niko Pasın “Real”a qayıtmalı olduğu yazılırdı. Nəticədə isə biz hələ də onun oyunundan zövq almaq şansına malikik”.
Qeyd edək ki, Nikolas Pas bu mövsüm Çempionlar Liqasında üç qol və beş məhsuldar ötürmə ilə yadda qalıb. Ramon isə müdafiədə möhkəmlənərək ilk dəfə İspaniyanın əsas millisinə dəvət alıb.







