featured-image-82231

PSJ-nin baş məşqçisi Luis Enrikenin yeni müqaviləyə əsasən alacağı maaş müəyyənləşib.

Msport.az xəbər verir ki, 2030-cu ilə qədər nəzərdə tutulan anlaşmaya görə, ispaniyalı mütəxəssis mövsümə 20 milyon avro qazanacaq.

Əvvəlki müqaviləyə əsasən, məşqçi ildə 12 milyon avro alırdı.

Paris klubunun rəhbəri Naser Əl-Xəlaifi Luis Enrikeni dünyanın ən yaxşı məşqçisi hesab edir.

Fransa təmsilçisi sentyabrın 4-də baş məşqçi ilə müqavilənin uzadıldığını açıqlayıb.

O, 2023-cü ilin yayından PSJ-yə rəhbərlik edir. Komanda ispaniyalı məşqçinin dövründə iki dəfə Çempionlar Liqasını qazanıb.

Bənzər xəbərlər