Luiş Nani "Aktobe"dən ayrıldı - RƏSMİ
Portuqaliya millisinin sabiq futbolçusu Luiş Nani Qazaxıstanın “Aktobe” klubundan ayrılıb.
Msport.az xəbər verir ki, 39 yaşlı oyunçu özü bu barədə sosial media hesabında paylaşım edib.
Portuqaliya yığmasının heyətində 2016-cı ildə Avropa çempionu olmuş Nani “Aktobe”yə bu ilin əvvəlində keçmişdi.
O, 2007-2015-ci illərdə “Mançester Yunayted”in şərəfini qoruyub. Vinger “Yunayted”də 4 dəfə İngiltərə çempionu olub və bir dəfə Çempionlar Liqasını qazanıb.







