Lunyov "Qarabağ"a gələcəkmi? - Qurban Qurbanov açıqladı
“Qarabağ” “Bayer”in qapıçısı Andrey Lunyovla danışıqları davam etdirir. Msport.az xəbər verir ki, bunu “Turan Tovuz”la oyundan sonra mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov deyib:
“Hazırda onunla danışıqlar gedir. Lakin real bir şey yoxdur”.
Moskva “Torpedo”sunun yetirməsi olan qapıçı daha çox “Zenit”dəki çıxışları ilə tanınır. 31 yaşlı qolkiper 2021-ci ildən “Bayer Leverkuzen”də çıxış edir.
ANAR ABDULLAYEV