Mahir Emreli Bundesliqada cəzalı duruma düşdü
“Nürnberq”də çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli Almaniyanın 2-ci Bundesliqasında cəzalı duruma düşüb.
Msport.az xəbər verir ki, buna hücumçunun “Karlsrue” ilə XVIII tur matçında sarı vərəqə görməsi səbəb olub.
45+2-ci dəqiqədə rəsmi xəbərdarlıq alan Emreli 72-ci dəqiqədə əvəzlənib. O, növbəti matçı buraxacaq.
Qeyd edək ki, “Nürnberq”in 2:1 hesablı qələbəsi ilə başa çatıb.