Mahir Emrelinin komanda yoldaşı “Brayton”a keçdi
“Nürnberq”in futbolçusu Stefanos Tsiması karyerasını İngiltərədə davam etdirəcək.
Msport.az xəbər verir ki, 2-ci Bundesliqa klubu yunanıstanlı hücumçunu “Braytona”a icarəyə verib.
Bunadək müqavilə ilə Yunanıstan PAOK komandasına məxsus olan 19 yaşlı forvardın transfer hüquqlarına tam olaraq sahib çıxan “Nürnberq” Premyer Liqadan gələn təklifi dəyərləndirməyə qərar verib.
“Brayton” Tsimasın çıxışından razı qalsa, mövsümün sonunda müəyyən təzminat məbləği qarşılığında onu birdəfəlik transfer edə bilər.
Qeyd edək ki, Azərbaycan millisinin hücumçusu Mahir Emreli də “Nürnberq”də çıxış edir.