Mahir Emreliyə şans yarandı
Azərbaycan millisinin futbolçusu Mahir Emreli klubu “Nürnberq”də yenidən əsas heyət üzvünə çevrilə bilər.
Msport.az Almaniya mətbuatına istinadən xəbər verir ki, buna səbəb II Bundesliqa təmsilçisinin hücum xəttində itkilərin olmasıdır.
Belə ki, Stefanos Tsimas zədə ucbatından “Kayzerslautern”lə qarşıdakı matçı buraxacaq. Yanis Antistenin 2 oyunluq cəzası varsa, Lukas Şleymer formadan uzaqdır. Dastin Forkel isə zədədən əziyyət çəkir.
Baş məşqçi Miroslav Kloze yaranmış boşluğu digər fubolçularla doldurmalı olacaqlarını açıqlayıb. “Bild” nəşri həmin boşluğu məhz Emrelinin dolduracağını yazıb: “Onun ustalıq səviyyəsi var. Hər şey Emreli üçün yenidən başlaya bilər. Hər kəsin şansı var”.
Qeyd edək ki, Mahir Emreli “Nürnberq”in heyətində sonuncu qolunu ötən ilin noyabrında “Hamburq”la oyunda vurub.