featured-image-62253

Millimizin futbolçusu Mahir Emrelinin çıxış etdiyi “Nürnberq” Almaniya 2-ci Bundesliqasında növbəti oyununu keçirib.

Msport.az xəbər verir ki, Nürnberq şəhərinin eyniadlı təmsilçisi öz meydanında “Hannover”i qəbul edib. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Görüşə ehtiyatda başlayan Emreli 77-ci dəqiqədə Robin Knoxenin yerinə meydana daxil olub. 28 yaşlı forvard meydanda olduğu müddət ərzində ciddi heç nə ilə yadda qalmayıb.

Qeyd edək ki, bu nəticədən sonra 35 xalı olan “Nürnberq” 9-cu pillədə qərarlaşıb.

Bənzər xəbərlər