Mahir yenə “Rakuv”un heyətində fərqləndi
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Rakuv” Polşa çempionatında növbəti oyununu keçirib.
Msport.az xəbər verir ki,Mahirin komandasıi 6-cı turda doğma meydanda “Yagelloniya”ya 2:5 hesabı ilə uduzub.
Həmyerlimiz “Rakuv”un ilk qolunu vurub. Bu, Mahirin Polşa çempionatında cari mövsümdə ikinci qolu olub.
30 avqust
“Rakuv” – “Yagelloniya” – 2:5
Qollar: M.Emreli, 23, J.Yendrıka, 56 – J.İmaz, 31-pen; N.Prelec, 37, G.Montoia, 76-pen; O.Sow, 78, Sylla, 89
Mahir Emreli matça start heyətində başlayıb və 1 qol vurub.
Qeyd edək ki, “Rakuv” keçirdiyi oyunların hamısında məğlub olub. Xalı olmayan komanda turnir cədvəlində sonuncu – 18-ci pillədə qərarlaşıb.







