featured-image-83651

“Yuventus” sabiq futbolçusu Kriştiano Ronaldo ilə ödənilməmiş əməkhaqqı uğrunda hüquqi mübarizəni davam etdirir.

Msport.az xəbər verir ki, Turin klubu portuqaliyalı hücumçuya 9,8 milyon avro ödəmək öhdəliyi yaradan məhkəmə qərarından İtaliyanın Ali Kassasiya Məhkəməsinə müraciət edib.

Mübahisə Ronaldonun 2021-ci ildə “Yuventus”dan ayrılaraq “Mançester Yunayted”ə qayıtdığı dövrə gedib çıxır. COVID-19 pandemiyası zamanı əldə edilmiş razılaşmaya əsasən, İtaliya klubunun futbolçuya təxirə salınmış əməkhaqqı kimi 19,5 milyon avro ödəməyi öhdəsinə götürdüyü bildirilir.

Portuqaliyalı futbolçu bu iş üzrə artıq iki dəfə öz xeyrinə qərar əldə edib. 2024-cü ilin aprelində arbitraj kollegiyası “Yuventus”un ona 9,8 milyon avro, həmçinin faiz və inflyasiya ilə bağlı əlavə məbləğ ödəməli olduğuna qərar verib. Bu, Ronaldonun ilkin tələb etdiyi məbləğin təxminən yarısıdır. Bununla belə, arbitraj kollegiyası klubun futbolçunu qəsdən aldatdığını müəyyən etməyib. Həmçinin Ronaldonun 2021-ci ildə İtaliyadan ayrılarkən həmin vəsaiti tələb etmədiyi vurğulanıb.

Klub 2025/2026 maliyyə hesabatında martın 27-də Ali Kassasiya Məhkəməsinə müraciət etdiyini təsdiqləyib. Məhkəmə iclasının keçiriləcəyi tarix hələ müəyyənləşdirilməyib.

Bənzər xəbərlər