featured-image-83658

“Real” və “Barselona” “Mançester Siti”nin hücumçusu Erlinq Halandla maraqlanır.

Msport.az xəbər verir ki, hər iki İspaniya klubunun nümayəndələri oktyabrın 11-də “Enfild” stadionunda keçirilən “Liverpul” – “Mançester Siti” matçını (0:3) izləyiblər.

İngiltərə Premyer Liqasının 6-cı turu çərçivəsində baş tutan görüşdə skautların əsas diqqəti norveçli hücumçuya yönəlib. “Real” və “Barselona”nın nümayəndələri Halandla yanaşı, adları açıqlanmayan daha 3 futbolçunu da izləyiblər.

İspaniya nəhənglərinin norveçli forvarda marağının “Mançester Siti”nin Premyer Liqanın maliyyə qaydalarını pozmaqda təqsirli bilinməsindən sonra daha da artdığı bildirilir.

Qeyd edək ki, “Liverpul”la qarşılaşmada Haland 65-ci dəqiqədə hesabı açıb. “Mançester Siti”nin digər qollarını Jeremi Doku və Rayan Şerki vurublar.

Bənzər xəbərlər