featured-image-8596

“Makkabi Tel Əviv” bu gün keçiriləcək “Zirə” ilə UEFA Konfrans Liqasının oyununa ciddi itkilərlə çıxacaq. Msport.az “one.co.il”ə istinadən xəbər verir ki, Şahar Piven təlim-məşq toplanışında zədə aldığından hələ tam hazır deyil.

Nir Bitonun da zədəli olması barədə öncədən məlumat verilmişdi. 30 yaşlı dayaq yarımmüdafiəçisi avqusta kimi oynaya bilməyəcək.

İdan Naxmias bu həftə xəstələndiyindən ümumiyyətlə, Bakıya gətirilməyib.

Odir ki, İsrail klubu “Zirə” qarşısına yalnız 2 mərkəz müdafiəçisi ilə – Enrik Saborit və Şaran Yeni ilə çıxacaq. Onlardan biri zədələnsə, artıq ehtiyatda əvəzləyəcək futbolçu yoxdur.

Yeri gəlmişkən, İsrail mətbuatında paytaxt klubunun transfer siyasəti tənqid olunur. Heyətin gücləndirilmədiyini vurğulayan həmkarlarımız klub rəsmilərinin yalnız bir bəhanələrinin olduğunu xatırladırlar: “Biz keyfiyyətli oyunçuları transfer etmək istəyirik, ona görə də gözləyirik”. Halbuki digər klublar yay “pəncərəsi”ndə artıq yeni futbolçularla anlaşa biliblər:

“Makkabi Tel Əviv” növbəti yayda da hazır deyil. Komanda transfer bazarında ləng çalışır və bu, onlara baha başa gələ bilər. Bir gün artıq uğur sizdən üz döndərəcək və hazır olmayan komanda Avropada çökəcək”.

Bənzər xəbərlər