“Mançester Yunayted”in müdafiəçisi A Seriyası yolunda
“Milan” yay transfer pəncərəsində “Mançester Yunayted”in 20 yaşlı mərkəz müdafiəçisi Leni Yoronu heyətinə qatmağı hədəfləyib.
Msport.az xəbər verir ki, İtaliya nəhəngi gənc fransalı müdafiəçinin transferini yekunlaşdırmaqda maraqlıdır.
Potensial keçidin dəyərinin 42 milyon funt-sterlinqə qədər çatacağı gözlənilir.







