“Mançester Yunayted” “Sabah”la oyun öncəsində son dəqiqədə büdrədi
İngiltərə Premyer Liqasında 3-cü turun oyunları keçirilir.
Msport.az xəbər verir ki, UEFA Çempionlar Liqasında “Sabah”ın rəqiblərindən olan “Mançester Yunayted” vacib xallar itirib.
“Qırmızı şeytanlar” səfərdə “Everton”la üz-üzə gəlib. “Mançester Yunayted” 90+6-cı dəqiqədə buraxdığı qolla qələbəni əldən verib – 2:2.
6 sentyabr
“Everton” – “Mançester Yunayted” – 2:2
Qollar: T.Corc, 83, Eynsli Meytlend-Naylz, 90+6 // B.Mbeumo, 46, B.Şeşko, 88
Qeyd edək ki, “Mançester Yunayted” Liqa mərhələsinin ilk turunda sentyabrın 10-da öz meydanında Azərbaycan çempionu “Sabah”la qarşılaşacaq.







