featured-image-84046

“Mançester Yunayted” qışda yeni mərkəz hücumçusu ala bilər.

Msport.az xəbər verir ki, “qırmızı şeytanlar” Benjamin Şeşkonun baldır nahiyəsindən aldığı zədə səbəbindən ilin sonuna qədər meydana qayıtmaya biləcəyindən narahatdır.

Sloveniyalı futbolçunun uzun müddət yaşıl meydanlardan kənarda qalması klub rəhbərliyini yanvarda yeni hücumçunun transferinə vadar edə bilər. 23 yaşlı Şeşko bu mövsüm bütün turnirlərdə 6 oyunda iştirak edib və 2 qol vurub.

“Mançester Yunayted” UEFA Çempionlar Liqasının liqa mərhələsinin 3-cü turunda “Komo”ya 1:4 hesabı ilə məğlub olub.

Bənzər xəbərlər