featured-image-84108

“Mançester Yunayted”in rəhbərliyi baş məşqçi Maykl Kerriklə əməkdaşlığı dayandırmaq qərarına gəlib.

Msport.az xəbər verir ki, 45 yaşlı mütəxəssisin istefası ilə bağlı yaxın 48 saat ərzində rəsmi açıqlama veriləcək.

Boş qalan vəzifəyə əsas namizədlər isə Yulian Naqelsmann və Eddi Hau hesab olunur.

Bildirilib ki, qərara mövsümün uğursuz başlanğıcı və komandanın oktyabr ayında nümayiş etdirdiyi zəif nəticələr səbəb olub. INEOS şirkətinin sahibi olduğu klubun rəhbərliyi Kerrikə İngiltərə Premyer Liqasının 8-ci turunda “Bornmut”la ev oyununa qədər vaxt verib. Lakin “qırmızı şeytanlar” dünən keçirilən görüşdə 0:3 hesabı ilə məğlub olub.

Premyer Liqada 8 turdan sonra cəmi 7 xal toplayan “Mançester Yunayted”in turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.

Bənzər xəbərlər