featured-image-71297

“Real”ın hücumçusu Kilian Mbappe İspaniya La Liqasının 11-ci turunda “Valensiya” ilə oyunda (4:0) dubl edib.

Msport.az xəbər verir ki, fransalı futbolçu Top-5 liqalarda vurduğu qolların sayını 235-ə çatdırıb. 26 yaşlı forvard bu dubl sayəsində Tyeri Anrini geridə qoyub. Anri Top-5 liqalarda (İngiltərə Premyer Liqası, Liqa-1, A seriyası və La Liqa) ümumilikdə 233 dəfə fərqlənmişdi.

Anri bu çempionatlarda 459 oyun keçirib.

 

Bənzər xəbərlər