“Qızıl top”u səsverməsi: Keyn hamını qabaqladı
2026-cı ilin “Qızıl top” mükafatına əsas namizədlərlə bağlı keçirilən sorğunun nəticələri açıqlanıb.
Msport.az xəbər verir ki, dünyanın müxtəlif ölkələrindən 100 futbol nümayəndəsinin iştirak etdiyi səsvermədə “Bavariya”nın və İngiltərə millisinin hücumçusu Harri Keyn 1103 xalla birinci yeri tutub.
Sorğuda futbolçular, məşqçilər, menecerlər, idman direktorları, skautlar, klub prezidentləri və digər rəhbər şəxslər iştirak ediblər.
“Barselona”nın futbolçusu Lamin Yamal 991 xalla ikinci, “Real”ın hücumçusu Kilian Mbappe isə 728 xalla üçüncü olub.
Sorğunun ilk onluğu:
Harri Keyn (“Bavariya”) – 1103 xal
Lamin Yamal (“Barselona”) – 991 xal
Kilian Mbappe (“Real”) – 728 xal
Maykl Olise (“Bavariya”) – 646 xal
Lionel Messi (“İnter Mayami”) – 498 xal
Rodri (“Barselona”) – 481 xal
Xviça Kvaratsxeliya (PSJ) – 401 xal
Erlinq Holand (“Mançester Siti”) – 353 xal
Usman Dembele (PSJ) – 320 xal
Cud Bellinqem (“Real Madrid”) – 292 xal
Qeyd edək ki, bu nəticələr müstəqil sorğunu əks etdirir və “Qızıl top” mükafatının rəsmi səsverməsi deyil. Mükafatın qalibi oktyabrın 26-da Londonda keçiriləcək mərasimdə məlum olacaq.







