featured-image-60127

“Araz-Naxçıvan” Azərbaycan Premyer Liqasının XIX turunda səfərdə “Zirə”yə 0:1 hesabı ilə uduzub.

Msport.az xəbər verir ki, muxtar respublika təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Ağır oyun alındı. Meydanda mübarizə getdi. Məğlub olsaq da, çox kədərlənmək fikrimiz yoxdur. Komanda olaraq bu oyunu unudub, qarşıdakı matça hazırlaşacağıq.

– Qara Qarayevi fasilədə əvəzlədiniz. İkinci hissəni ehtiyatda izlədi, yoxsa evə göndərdiniz?

– Bizimlədir, evə niyə getməlidir? Sadəcə düşündük ki, emosiyalarını daha artıq büruzə verər, ona görə əvəzlədik. Hər iki komandanın oyunçuları mübarizədən çəkinmirdilər. Futbolda bu cür hallar olur.

– Barışıq oldu?

– Nə olursa, meydanda qalır.

Bənzər xəbərlər