featured-image-58074

Misir millisinin və İngiltərənin “Liverpul” komandasının futbolçusu Məhəmməd Salah klubunu dəyişə bilər.

Msport.az xəbər verir ki, bu barədə Fransanın məşhur “L’Equipe” nəşri məlumat yayıb.

İddiaya görə, təcrübəli oyunçunun PSJ-yə keçmək ehtimalı var.

Tərəflərin bununla bağlı müzakirələr apardığı və “şansların yaxşı olduğu” yazılıb. Salahın PSJ-nin rəhbəri Nasser Al-Xelaifi ilə yaxşı münasibətinin olması da bu keçidin reallaşmaq şansını artırır.

Futbolçunu heyətinə qatmaq istəyənlər arasında çox böyük məbləğlər təklif etməyə hazır olan Səudiyyə Ərəbistanı klubları da var.

Eyni zamanda, PSJ-də Salahla maraqlandıqlarını inkar edir və düşünürlər ki, belə xəbərlər “Liverpul”a təzyiq vasitəsidir.

Bənzər xəbərlər