featured-image-63206

Azərbaycan Premyer Liqasının XXVIII turunda keçirilən “Turan Tovuz” – “Qarabağ” (1:4) matçından sonra meydan sahibi komandanın baş məşqçisi Kurban Berdiyev jurnalistlərin suallarını cavablandırıb.

Msport.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşüb.

– 3-cü qola qədər hesabı bərabərləşdirə bilərdik. Amma bu qol və “Qarabağ”ın əvəzetmələrindən sonra şansımız qalmadı.

– Fərdi oyunçu səhvləri nə vaxta qədər davam edəcək?
– Buna cavab verməyəcəyəm.

– “Qarabağ”dan ilk məğlubiyyəti aldınız. Əvvəlki oyunlardan fərqli olaraq, bu dəfə nəyi səhv etdiniz?
– Uşaqlarda həvəs var idi. Çox istəkli idilər. Bu da müəyyən qədər mane oldu.

– Zədəlilərdən kimlərsə sıraya dönəcək?
– Təəssüflər olsun ki, növbəti oyunu 2 futbolçu buraxacaq. Əvəzində isə heyətə köhnə zədəlilərdən kimlərsə daxil olacaq.

– Tribunalar dolu idi və azarkeşlər sona qədər komandaya dəstək oldu. Ancaq son oyunlardakı xal itkiləri onları kədərləndirir…
– Ümumilikdə bir narahatlıq var. Azarkeşlərimizi sevindirə bilmirik.

– Bu gün “Turan Tovuz” üçün əlamətdar gün oldu. Yeni açılan baza haqda fikirləriniz necədir?
– Komandanın tarixində atılmış ciddi addımdır. Buna görə rəhbərliyə təşəkkür edirəm.

– Düşünmürsünüz ki, rəqiblər artıq sizin oyun üslubunuzu tapıblar?
– Məsələ taktikada deyil. Hər oyun dəyişə bilər. Digər oyunlarda yaxşı çıxış etmişdik. Əfsuslar olsun ki, bu matçda edə bilmədik.

Bənzər xəbərlər