featured-image-66791

“Qarabağ”ın Avstriya təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarının vaxtı və rəqibləri müəyyənləşib.

Msport.az xəbər verir ki, komanda Niderland, Ukrayna və Avstriya təmsilçiləri ilə qarşılaşacaq.

Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Zell-Am-Seenin Kaprun bölgəsində 4 sınaq matçına çıxacaq. İyulun 7-də keçiriləcək ilk görüşdə rəqib Xarkov “Metallist”i olacaq. Qarşılaşma Bakı vaxtı ilə 19:30-da başlayacaq.

Dörd gün sonra “Qarabağ” “Tvente” ilə iki görüşə çıxacaq. Niderland təmsilçisi ilə oyunlar Bakı vaxtı ilə saat 17:00 və 19:15-də start götürəcək.

İyulun 15-də baş tutacaq son matç “Zalsburq”a qarşı olacaq. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Qarşılaşmalar Kaprun stadionunda keçiriləcək.

Qeyd edək ki, hazırlığa iyunun 18-də Bakıda start verən komanda iyulun 2-dən 16-dək Avstriyada təlim-məşq toplanışı keçirəcək. “Qarabağ” Zell-Am-Seenin Kaprun bölgəsində yerləşən “Tauern” otelində məskunlaşacaq.

Bənzər xəbərlər