featured-image-30544

“Milan” Fransanın “Mets” klubunda çıxış edən Jorj Mikautadze ilə maraqlanır. Msport.az “Footmercato”ya istinadən xəbər verir ki, İtaliya təmsilçisi gürcü hücumçuya görə 10 milyon avro təklif edib.

“Milan”ın texniki direktoru Paolo Maldini artıq bir neçə dəfə 22 yaşlı futbolçu ilə danışıq aparıb. “Mets” Liqa-1-ə yüksəlsə, “Milan” Mikautadzeni alıb yenidən əvvəlki klubuna icarəyə verə bilər.

Hücumçu ilə maraqlanan komandalar arasında İngiltərə təmsilçisi “Börnli” də var.

22 yaşlı forvard cari mövsümdə Fransa Liqa-2-də 38 oyunda 24 qol vurub və 9 məhsuldar ötürmə verib.

Onun “Mets”lə müqaviləsi 2026-cı ilin iyununa kimi nəzərdə tutulub.

ANAR ABDULLAYEV

 

Bənzər xəbərlər