featured-image-62358

Martın 12-dən 18-dək Bakıda 17 yaşadək qadınlardan ibarət millilər arasında Avropa çempionatının II seçmə mərhələsi çərçivəsində B Liqasının B qrupunun oyunları keçiriləcək.

Msport.az xəbər verir ki, Azərbaycanın U-17 millisi bununla əlaqədar martın 5-dən Milli Komandaların Təlim-Məşq Mərkəzində hazırlığa başlayacaq.

Millimizin heyəti belədi: Nərgiz Ağaliyeva, Arzu Cəfərova, Bədriyyə Mövludova, Ayan Abdiyeva (hamısı “Şəfa”), Aydan Abdullayeva, Məryəm Səmədli, Xədicə Rəhimova, Tahirə Rəcəb (hamısı Təhsil 8 İOEUGİM), Xanım Əsədova, Ayşən Salamzadə, Səma Əsədova (hamısı “Neftçi”), Aysu Əsədova, Aylin Kərimova, Məhsumə Vahabzadə, Aygün Novruzova (hamısı “Sabah”), Şəhanə Mirzəliyeva, Könül Hüseynova (hər ikisi “Mingəçevir”), Suel Polikarpova, Elmira Hüseynova, Aylin Əliyeva (hamısı “Ulduz”), Firuzə Bayramova (“Dinamo Balakən”), Sara Səlimova (“Gömrükçü”), Naidə Məmmədovə (“Zaqatala City”).

Qeyd edək ki, 2011-ci il təvəllüdlü futbolçular Könül Hüseynova, Aylin Əliyeva və Tahirə Rəcəb yalnız təlim-məşq prosesində iştirak edəcəklər.

Millimizin yer aldığı qrupun təqvimi:

12 mart

11:00. Bolqarıstan – Malta

ASCO Arena

16:00. Azərbaycan – Lüksemburq

ASCO Arena

15 mart

11:00. Lüksemburq – Malta

ASCO Arena

16:00. Bolqarıstan – Azərbaycan

ASCO Arena

18 mart

13:00. Azərbaycan – Malta

ASCO Arena

13:00. Lüksemburq – Bolqarıstan

Binə stadionu

Bənzər xəbərlər