Millimiz BƏƏ ilə qarşılaşacaq
17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisinin təlim-məşq toplanışı olacaq.
Msport.az xəbər verir ki, yığmamız fevralın 1-4-də Milli Komandaların Təlim-Məşq Mərkəzində hazırlıq keçəcək.
Ardınca Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) yollanacaq U-17-nin Dubay toplanışı fevralın 5-dən 10-dək davam edəcək. Komandamız hazırlıq çərçivəsində 2 yoxlama oyunu keçirəcək. Millimiz fevralın 7-də və 10-da BƏƏ-nin müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gələcək.
BƏƏ Futbol Akademiyasında təşkil olunacaq hər iki matç Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. Millinin toplanışına 20 futbolçu çağırılıb.
| N | Ad / Soyad | Klub |
| 1 | Firuzə Bayramova | Dinamo Balakən |
| 2 | Nargiz Ağaliyeva | Şəfa |
| 3 | Aydan Abdullayeva | Təhsil 8 İOEUGİM |
| 4 | Məryəm Səmədli | Sabail |
| 5 | Arzu Cəfərova | Şəfa |
| 6 | Xanım Əsədova | Neftçi |
| 7 | Bədriyyə Mövludova | Şəfa |
| 8 | Ayşən Salamzadə | Neftçi |
| 9 | Səma Əsədova | Neftçi |
| 10 | Aysu Əsədova | Sabah |
| 11 | Aylin Kərimova | Neftçi |
| 12 | Ayan Abdiyeva | Şəfa |
| 13 | Şəhanə Mirzəliyeva | Mingəçevir |
| 14 | Suel Polikarpova | Ulduz |
| 15 | Sara Səlimova | Gömrükçü |
| 16 | Elmira Hüseynova | Ulduz |
| 17 | Könül Hüseynova | Mingəçevir |
| 18 | Naida Mammadova | Zaqatala City |
| 19 | Xədicə Rəhimova | Təhsil 8 İOEUGİM |
| 20 | Mahsuma Vahabzada | Sabah |







